“Bitcoin” kriptovalyutasının bazar dəyəri dünən beynəlxalq bazarlarda 1 trilyon ABŞ dollarını keçib.
FED.az xəbər verir ki, dünyanın ən populyar kriptovalyutası həftəlik qazancını 18 % artıraraq 56,620 min ABŞ dollarına çatdırıb.
Məlumata görə, kriptovalyutanın dəyəri il ərzində 92 %-dən çox artıb. Belə ki, “Tesla”, “Mastercard” və “BNY Mellon” kimi əsas investor və şirkətlərin "Bitcoin"ə yönəlməsi artır. (Report)