Avqustun ilk günləri kriptovalyuta bazarında eniş əhval-ruhiyyəsi ilə başlayıb.
"Embafinans"ın istiqrazlarına maraq olmadığına görə -DELİSTİNQ EDİLDİ
FED.az xəbər verir ki, Bitcoin hazırda 114 213 dollar səviyyəsində qərarlaşıb. Son 24 saatda qiymətdə 1,2 faiz artım qeydə alınsa da, ümumi həftəlik dinamika mənfidir. Belə ki, son yeddi gündə Bitcoin-in dəyəri 4,6 faiz azalıb. 1 saatlıq dəyişiklik də azalma yönümlüdür belə ki, 1 saat ərzində qiymət 0,2 faiz ucuzlaşıb. Bu da kriptovalyuta bazarında dalğalanmanın davam etdiyini göstərir.
Qeyd edək ki, Bitcoin-in bazar dəyəri 2,27 trilyon dollardan çoxdur. Gün ərzində isə 48,9 milyard dollar həcmində kriptovalyuta alqı satqısı baş tutub. Bu göstəricilər valyutanın bazardakı yüksək payını və investor marağının davam etdiyini sübut edir. Hazırda dövriyyədə olan Bitcoin sayı 19,9 milyon ədəddir və bu, maksimal təklif olan 21 milyon BTC-yə yaxınlaşan vacib həddir. İllik müqayisədə Bitcoin hələ də yüksəlişdədir. Son bir ildə 20,9 faiz artım qeydə alınıb.
Digər əsas kriptovalyutalarda da eniş qeydə alınıb. Ethereum son yeddi gündə 9,6 faiz, XRP isə 9,7 faiz ucuzlaşıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.