Qlobal bazarda "Bitcoin"in cari məzənnəsi 18 098 ABŞ dolları səviyyəsinə yüksələrək tarixi rekordunu yeniləyib.
Buna səbəb sabah digər ABŞ fond birjası - CME-də (Chicago Mercantile Exchange) bu kriptovalyuta ilə əməliyyatların başlanılması göstərilir.
CBOE-də (Chicago Board Options Exchange) isə "Bitcoin"in yanvar fyuçerslərinin qiyməti 18 600 dollara qədər yüklsəlib. Qeyd edək ki, dekabrın 10-da "Bitcoin"lə təşkilatlanmış və dövlət nəzarəti olan CBOE birjasında əməliyatlara başlanılıb.
Maliyyə bazarlarında davranış normalarına nəzarət İdarəsi (FCA) cari ilin əvvəlində kriptovalyuta bazarının riskli olduğunu söyləsə də, "Financial Times" qəzetinin yaydığı məlumata görə, dünənki açıqlamasında qurum kriptovalyuta bazarında ilkin emissiyanın (ICO) dərindən öyrənəcəyini və təhlil edəcəyini bildirib.
FCA qeyd edib ki, bazarın təhlli, ona bir sıra tənzimləmə alətlərinin tətbiqinə kömək edəcək.
Xatırladaq ki, ilin əvvəlindən 3,7 mlrd. dollar dəyərində 234 ICO həyata keçirilib. Hazırda bazarda 1 360 valyutanın ümumi kapitallaşması 544,5 mlrd. dollar təşkil edir.
© Report
"Bitcoin" yenidən 18 min dolları keçdi - SON QOYMƏT
12:46
16 Dek 2017