Kriptovalyuta bazarının lideri olan Bitcoin (BTC) son günlərdə müsbət dinamika nümayiş etdirərək qiymətini 108,021.55 dollara qədər yüksəldib.
14 il əvvəl aldığı bitkoinləri unudan investor varlandı
FED.az xəbər verir ki, bu saatlıq artımda +0.15%, həftəlik isə +1.07% deməkdir. 24 saatlıq baxışda isə -1.03% azalma müşahidə edilsə də, ümumi trend artım istiqamətindədir.
Bitcoin-in ümumi bazar dəyəri 2.14 trilyon ABŞ dollarını ötüb, dövriyyədə olan BTC miqdarı isə 19.88 milyon ədəd təşkil edir. Son 24 saat ərzində ticarət həcmi 46.3 milyard dollardan çox olub, bu isə investor marağının yüksəkliyindən xəbər verir.
2025-ci ilin əvvəlindən bəri Bitcoin-in dəyəri +15.66% artıb. Bu göstərici bazarda sabit marağın olduğunu göstərir. Həmçinin qeyd edək ki, son aylar ərzində geosiyasi risklər, xüsusilə də Yaxın Şərqdə baş verən İran-İsrail gərginliyi, bir neçə dəfə Bitcoin qiymətinə təsir edib. Lakin hazırkı artım göstərir ki, bazarda etimad bərpa olunub və investorlar Bitcoin-i yenidən etibarlı liman kimi qiymətləndirirlər.
Texniki və fundamental göstəricilər hazırda Bitcoin-in 110 min dollara doğru hərəkət potensialını gücləndirir. Lakin qısamüddətli korreksiyalara qarşı ehtiyatlı olmaq da vacibdir. Analitiklər isə yaxın perspektivdə Bitcoin-in 105-110 min dollar arasında dalğalana biləcəyini proqnozlaşdırırlar.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.