Tesla şirkətinin yaradıcısı Elon Musk-ın kriptovalyutalar ilə əlaqədar "tweet"lərinin təsiri ilə Bitcoin-in qiyməti rekord yeniləyib.
Milyarder Elon Musk, "Tesla Inc." şirkətinin Twitter-dəki 1,5 milyard dollarlıq Bitcoin sərmayəsini müdafiə edib.
FED.az xəbər verir ki, Musk, "Etibarı pul vahidi mənfi real faizə sahib olduqda, yalnız bir axmaq başqa bir yerə baxmaz" deyib. Bu açıqlamasının ardından Bitcoin-in qiyməti 56 min dolları keçib.
Musk-ın səsləndirdiyi bazarların qarşı-qarşıya olduğu ən böyük problemlərdən biridir. Pandemiya ilə mübarizə aparan hökumətlər maliyyə sisteminə həddindən artıq çox pul buraxıblar, sərmayəçilər isə inflyasiya mövzusunda gedərək daha çox narahatdırlar və pullarını saxlamaq üçün alternativ yerlər axtarırlar.