Dünyanın ən populyar kriptovalyutası olan Bitcoin (BTC) son dövrlərdə qiymət dalğalanması ilə diqqət çəkir.
Sahil Babayev qənaətə başladı? – Dövlət istiqrazlarının bir hissəsi geri çağırılır – HESABLAMA
FED.az xəbər verir ki, son 24 saat ərzində Bitcoin-in qiyməti 0.86% artaraq 95,213.85 dollara çatıb. Son bir həftəlik dövrdə isə 0.35%-lik cüzi artım qeydə alınıb.
Bitcoin-in bazar dəyəri hazırda 1.88 trilyon dolları ötüb və dövriyyədə olan ümumi BTC miqdarı 19.82 milyon ədəddir. Son bir gündə ticarət həcmi 38.4 milyard dolları keçib ki, bu da bazardakı aktivliyə işarə edir.
Qeyd edək ki, ilin əvvəlindən bəri Bitcoin-in qiymətində 1.95%-lik artım müşahidə olunub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür