Bitcoin ABŞ-dan gələn məşğulluq məlumatları və Çindən gələn təşviqedici addımlarla kritik həddi - 65 000 dolları keçib.
FED.az xəbər verir ki, son günlər bitcoin, ABŞ-ın müsbət məşğulluq məlumatları və Çinin əlavə stimullaşdırıcı tədbirləri haqqında hesabatlar əsasında yüksəlib.
İş adamının sərvəti bir gündə - 17 MİLYARD DOLLAR ARTIB
Ötən həftənin sonunda ABŞ və Çinin iqtisadi stimullaşdırma vədləri ilə bağlı müsbət məşğulluq məlumatlarına görə 65 min dolları keçən bitkoin hazırda 66 min dollara yaxınlaşıb.
Paralel olaraq Ethereum da bahalaşır – son bir həftədə qiyməti 3,5% bahalaşaraq 2664 dolları keçib.
Kriptovalyuta bazarının ümumi dəyəri 2,25 trilyon dollar olduğu halda, Bitcoin-in bazar dəyəri 1,30 trilyon dollara, Ethereum-un bazar dəyəri isə 320 milyard dollara çatıb.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (23-27 Sentyabr, 2024)
Maraqlıdır ki, əvvəlki vaxtlardan fərqli olaraq ABŞ-dakı prezident seçkilərini kriptovalyuta bazarına mənfi təsiri gözlənilmir – namizədlərin heç biri kriptonun əleyhinə deyil.
Əgər Donald Tramp ABŞ prezident seçkilərində qalib gəlsə, kriptovalyuta bazarları ilə bağlı müsbət və dəstəkləyici fikirlərinə görə bunun bazar üçün müsbət qiymətlənəcəyi gözlənilir. Kamala Harris də bu yaxınlarda kriptovalyuta haqqında danışdı və sektoru dəstəkləyəcəyinə söz verdi.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.