Dünya kriptovalyuta bazarında kütləvi ucuzlaşma qeydə alınıb.
FED.az xəbər verir ki, aprelin 17-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 55-i ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 129 dollar və ya 1,5% ucuzlaşaraq 8013 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 1222 dollar və ya 17,9% bahalaşıb.
Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 7 dollar və ya 1,3% ucuzlaşaraq 506 dollar olub.
Son həftə ərzində isə Etherium 105 dollar və ya 26,1% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Pundi X-da(118,54%), ən çox ucuzlaşma isə Veritaseum-də(11,46%) müşahidə olunub.
Bitcoin ucuzlaşmağa başladı – QİYMƏTLƏR
09:21
17 Aprel 2018