Kriptovalyuta bazarında eniş tendensiyası davam edir.
PAŞA Kapital 45%-lik bazar payı ilə - SEKTORUN LİDERİDİR
FED.az xəbər verir ki, son məlumatlara görə, Bitcoin-in qiyməti 108 935,38 dollar səviyyəsinə düşüb. Bu 24 saatda 3,62%, həftə ərzində isə 0,08% azalma deməkdir. Yeganə müsbət göstərici illik dinamika üzrə qeydə alınıb. Belə ki, Bitcoin ilin əvvəlindən bu günə qədər 20,9% bahalaşıb.
Hazırda Bitcoin-in bazar kapitallaşması 2,17 trilyon dollar həcmindədir. Son sutka ərzində 66,78 milyard dollar dəyərində Bitcoin alınıb və satılıb. Dövriyyədə olan Bitcoin miqdarı isə 19,94 milyon ədəddir.
Analitiklərin fikrincə, qısamüddətli dalğalanmalara baxmayaraq, ilin sonuna doğru bazarda sabitləşmə və Bitcoin qiymətinin yenidən 115-120 min dollar intervalına yüksəlməsi istisna edilmir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.













