Bitcoin qiymət rekordunu təzələdi.
«Assist Finance İnvestisiya Şirkəti»nin dövriyyəsi 13% azalıb
FED.az xəbər verir ki, keçən həftə 114-116 min dollar aralığında dalğalanan bazarın lideri bu gün artıq 122 125,47 dollar səviyyəsini keçib. Son 24 saat ərzində 3,07% bahalaşan Bitcoin, həftəlik müqayisədə isə qiymətində 6,8% yüksəliş göstərib.
Hazırda BTC-nin bazar dəyəri 2,43 trilyon dollara çatıb, son sutkada isə 63,6 milyard dollarlıq alqı-satqı həcmi qeydə alınıb. Dövriyyədə 19,9 milyon BTC mövcuddur ki, bu da maksimal təklif olan 21 milyonluq həddə çox yaxınlaşdığını göstərir. İl ərzində Bitcoin 30,76% dəyər qazanaraq uzunmüddətli investorların inamını möhkəmləndirib. Analitiklər bu sıçrayışı həm bazarda artan tələbat, həm də qlobal maliyyə bazarlarında risk iştahının yüksəlməsi ilə izah edirlər. Yüksəliş trendinin davam edib-etməyəcəyi isə qarşıdakı günlərdə makroiqtisadi göstəricilər ilə müəyyənləşəcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.