“Binance” kriptobirjasında 14 yanvar gecəsi bitcoin məzənnəsi yenidən 38 min dolları keçib ki, bu da 13% artım deməkdir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bitcoin ABŞ-ın Nümayəndələr Palatası Trampa qarşı ikinci impiçmenti təsdiqlədikdən sonra artmağa başlayıb. Onun hakimiyyətdən uzaqlaşdırılması barədə qərar 10 respublikaçı da daxil olmaqla Konqresin 232 səsini toplayıb.
Sonuncu dəfə belə bir artım yanvarın 7-də müşahidə edilmişdir. Həmin ərəfədə artım 7% təşkil etmişdir və tarixi maksimumu yeniləyərək 36.4 min dollara çatmışdır.