“Bitcoin” məzənnəsi bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
FED.az xəbər verir ki, “Binance” platformasının məlumatlarına görə, dünən Bakı vaxtı ilə saat 18:07-də kriptovalyutanın qiyməti 73 min dollara çatıb. Bu həddə çatdıqdan sonra dərhal azalma baş verib. Bakı vaxtı ilə saat 18:10-da “Bitcoin” 71 349 dollara ticarət edilib.
Mart ayında “Bitcoin”in qiyməti üç dəfə artıb. İlk dəfə belə hal martın 5-də baş verib, o zaman valyuta 69.2 min dollara çatıb. Bundan sonra martın 11-də ticarət zamanı “CoinMarketCap” platformasında valyuta məzənnəsi 71 min dolları keçib.
“Bitcoin”in qiyməti yanvarın sonundan etibarən yüksəlməyə başlayıb. Mütəxəssislər 2024-cü ilin sonuna qədər onun dəyərinin 100 min dolları keçəcəyini gözləyirlər. (Banker.az)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.