Dünyanın ən məşhur və dəyərli kriptovalyutası olan Bitcoin (BTC) tarixində ilk dəfə olaraq $106,307.27 səviyyəsinə çataraq özünün ən yüksək qiymət rekordunu yenilədi.
Dubay rəqəmsal pullara icazə verdi: yeni başlayanlar 2025-də hansı kriptovalyutaya yatırım etsin?
FED.az xəbər verir ki, Bitcoin son 1 saat ərzində 0.64%, son 24 saatda isə 3.31% dəyər qazanıb. Həftəlik göstərici də müsbət tendensiyanı əks etdirərək 3.63% artımla diqqət çəkir. Bu dinamika BTC-nin strateji bir sərmayə vasitəsi kimi qəbul edildiyini göstərir. 2025-ci ilin əvvəlindən bu günə qədər Bitcoin ümumilikdə 13.82% dəyər qazanaraq illik performans baxımından ən yüksək artım nümayiş etdirib.
Hazırda Bitcoin-in ümumi bazar dəyəri təxminən $2.1 trilyon dollar təşkil edir. Bu göstərici ilə BTC yalnız kriptovalyutalar arasında deyil, ümumi maliyyə bazarlarında da ən dəyərli aktivlərdən birinə çevrilib. Gün ərzində həyata keçirilən ticarət həcmi $67.9 milyard səviyyəsindədir və bu, təxminən 645,490 BTC-yə bərabərdir. Bu qədər yüksək dövriyyə, bazarın nə qədər aktiv və likvid olduğunu göstərir.
Dövriyyədə olan Bitcoin miqdarı 19.86 milyon BTC olaraq qeyd edilir. Qeyd edək ki, Bitcoin-in maksimum sayı 21 milyonla məhdudlaşır və bu, kriptovalyutanın inflyasiyaya qarşı müqavimətini təmin edən əsas faktorlardan biridir. Təklifin məhdud olması ilə yanaşı, tələb getdikcə artdığı üçün qiymətdəki sabit yüksəlişlər məntiqli görünür.
100,000 dollar həddi uzun illərdir həm investorlar, həm də analitiklər üçün psixoloji bir baryer hesab olunurdu. Bu baryerin aşılması, gələcəkdə daha yüksək səviyyələrin mümkün olacağına dair bazarda güclü bir inam yaradıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.