FED.az xəbər verir ki, bitcoin son 24 saat ərzində 1051 dollar və ya 7,4% bahalaşıb. Yəni bitcoinin dekabrın 26-sı saat 9:15-ə olan qiyməti 15 min 70 dollardır. Son bir həftə ərzində isə bitcoin 4027 dollar və ya 21% ucuzlaşıb. Ethereum-un qiyməti də bahalaşıb.
Belə ki, bu kriptovalyuta son bir sutka ərzində 24 dollar və 3,2% bahalaşaraq 771 dollara yüksəlib. Qeyd edək ki, Ethereum son bir həftə ərzində isə 55 dollar və ya 6,6% ucuzlaşıb.
