Bitcoin, son günlərdəki dalğalı hərəkətini davam etdirərək bu gün 80 min dollar həddindən aşağı düşdü.
PAŞA Kapital "Yaşıl" təyinatlı SOCAR istiqrazlarını - UĞURLA YERLƏŞDİRDİ!
FED.az xəbər verir ki, dünən 82 min dolları keçən BTC, bazarda yaşanan satış dalğasının təsiri ilə dəyər itirib. Hazırda Bitcoin-in qiyməti 79,343.47 dollar təşkil edir.
Kriptovalyutanın son 24 saat ərzində 2.79% azaldığı müşahidə olunur. Bir həftəlik dövrdə isə BTC 7.86% dəyər itirib. Lakin son bir saatda 0.23%-lik yüngül artım qeydə alınıb ki, bu da qiymət dəyişkənliyinin hələ də aktiv olduğunu göstərir.
Bitcoin-in bazar dəyəri hazırda 1.57 trilyon dollar həddindədir, lakin illik göstəricilərə baxdıqda BTC-nin bu il 15.97% aşağı düşdüyü görünür. Dövriyyədə olan təchizat isə 19.83 milyon BTC təşkil edir.
Son 24 saat ərzində Bitcoin ticarət həcmi 56.9 milyard dollar olub ki, bu da bazarın aktiv qaldığını göstərir. Lakin qiymət enişi, investorlar arasında qeyri-müəyyənlik yaratmağa davam edir. Dünən 82 min dollardan yuxarı çıxan Bitcoin-in bu gün 80 min dolların altına düşməsi, treyderlər və investorlar arasında ehtiyatlı mövqe tutmağa səbəb olub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.