Yanvar ayının sonlarında Bitcoin (BTC) qiyməti 105 min dolları keçərək tarixi zirvələrdən birinə çatmışdı. Lakin fevral ayında kriptovalyutanın dəyəri 100 min dolların altına düşərək 95-96 min dollar aralığında dalğalandı.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
FED.az xəbər verir ki, son vəziyyətə əsasən, məhşur kriptovalyuta 91,857.41 dollar səviyyəsinə qədər geriləyib.
Son bir saatda Bitcoin-in qiyməti cüzi şəkildə -0.08% azalaraq sabitliyini qismən qorusa da, 24 saat ərzində 4.48%, son bir həftədə isə 4.37% dəyər itirib.
Bitcoin-in ümumi bazar dəyəri 1.82 trilyon dollar səviyyəsində qərarlaşıb. Son 24 saat ərzində ticarət həcmi 49.2 milyard dollar təşkil edib, bu da investorların bazarda aktiv şəkildə satış etdiyini göstərir. Dövriyyədə olan BTC miqdarı isə 19.82 milyon olaraq qeydə alınıb.
İllik göstəricilərə nəzər saldıqda, BTC-nin ilin əvvəlindən bəri dəyəri ümumilikdə 2.71% azalıb.
İnvestorlar üçün əsas sual Bitcoin-in bu səviyyədə sabit qalacağı, yoxsa yeni bir yüksəliş trendinə başlayacağıdır. Bazar iştirakçılarının diqqəti, xüsusilə, ABŞ-da faiz dərəcələri və tənzimləmə xəbərlərinə yönəlib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.