Bitcoin qiyməti son günlərdə dalğalanmağa davam edir və hazırda 98,378.97 dollar səviyyəsindədir.
Trampın yeni tarifləri kriptovalyuta bazarını çökdürdü - BİTCOİN VƏ ETHER KƏSKİN DƏYƏR İTİRDİ
FED.az xəbər verir ki, son 24 saat ərzində 4.69 faiz artım göstərsə də, son bir həftəlik göstəricilərə baxdıqda 4.59 faiz azalma qeydə alınıb. Bu isə Bitcoinin yavaş-yavaş dəyər itirdiyini göstərir. Bununla belə, illik göstəricilərə baxıldıqda Bitcoin ilin əvvəlindən bəri 5.34 faiz artım nümayiş etdirib. Bazarın dinamikası böyük investorların qərarlarından və ümumi makroiqtisadi vəziyyətdən asılı olacaq.
Hazırda kriptovalyutanın bazar dəyəri 1.94 trilyon dollar təşkil edir, ticarət həcmi isə son 24 saat ərzində 95.4 milyard dollara çatıb. Qeyd edək ki, hazırda dövriyyədə olan Bitcoin sayı 19.8 milyon ədəddir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.