Rəqəmsal aktivlər bazarında bu həftə əsas diqqət yenə də Bitcoin üzərində cəmlənib.
Qızıl 4 000 dollara doğru irəliləyir - SON QİYMƏT
FED.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası hazırda 123 578,93 dollar səviyyəsində ticarət olunur. Son 24 saat ərzində 1,16%, həftəlik isə 10,58% artım qeydə alınıb.
Bitcoin-in bazar kapitallaşması 2,46 trilyon dolları, bir gün ərzində alqı-satqı 61,16 milyard dolları ötüb. Dolaşımdakı ümumi təchizat 19,92 milyon BTC-dir.
İlin əvvəlindən bəri Bitcoin 32,3% artaraq investorların marağını bir daha üzərinə çəkib. Analitiklərə görə, bu yüksəliş həm institusional sərmayə axınının güclənməsi, həm də qlobal bazarlarda rəqəmsal aktivlərə olan marağın artması ilə bağlıdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.