Birləşmiş Krallıqda yerləşən bank və maliyyə xidmətləri şirkəti Standard Chartered kriptovalyuta bazarında diqqətəlayiq bir qiymət proqnozu verib.
Bitkoindən yeni rekord: Altkoin mövsümü yaxınlaşır? - "ASSİST FİNANCE"IN TƏHLİLİ
FED.az xəbər verir ki, Bank Bitcoin-in (BTC) qiymətinin ilin sonuna kimi 125 min dollara, 2025-ci ilin sonuna isə 200 min dollara çatacağını gözləyir.
Bank ilin sonu üçün 125 000 dollar səviyyəsini hədəfləsə də, yaxın günlərdə qısamüddətli qiymət hərəkətlərinin nəzərə alınması lazım olduğunu vurğulayıb. Nəşr Bankın analitikləri investorlara xəbərdarlıq ediblər ki, hazırda 95 000 dollar olan BTC-də ucuzlaşma ola bilər, xüsusən də qiymət 88 700 dollar səviyyəsindən aşağı düşərsə, 85 min dollar civarınadək geriləmə baş verə bilər.
Lakin bank hesab edir ki, qiymətin müvəqqəti düşməsi investisiya imkanları yarada bilər. Xüsusilə 85 000-88 700 dollar aralığında alışın strateji bir addım ola biləcəyi qeyd edilib. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.