Bitcoin-in qiyməti son günlərdə dalğalanaraq $94,000-$96,000 diapazonunda hərəkət edir.
Qızılın qiyməti 2 900 dolları keçdi - SON QİYMƏT
FED.az xəbər verir ki, hazırda $96,865.32 səviyyəsində olan BTC, 1 saat ərzində cüzi artımla (+0.02%) irəliləsə də, son 24 saatda 0.35% geriləyib. Bununla belə, 7 günlük performansı 4.16% artım göstərir.
Bazarda Bitcoin-in ümumi dəyəri $1.92 trilyon səviyyəsindədir, gündəlik ticarət həcmi isə $33.3 milyard təşkil edir. Dövriyyədə olan BTC miqdarı isə 19,822,256-dır. Qeyd edək ki, lin əvvəlindən etibarən Bitcoin 3.71% dəyər qazanıb.
Qiymət artımına baxmayaraq, Bitcoin hələ də $100,000 səviyyəsini keçməkdə çətinlik çəkir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür