Bitcoin-in qiymətindəki dəyişikliklər bazarın dinamikliyini bir daha göstərir. Yanvar ayının sonlarında Bitcoin-in qiyməti 105 min dollar həddini aşmışdı, lakin hazırda 100 min dollardan aşağı düşüb.
Trampın kriptovalyutası yenidən sürətlə dəyər qazanır
FED.az xəbər verir ki, Bitcoin-in qiyməti 97,573.56 dollardır. Son 24 saatda 0.76%, son bir həftədə isə 1.44% artım müşahidə edilsə də, ilin əvvəlindəki səviyyə ilə müqayisədə geriləmə nəzərə çarpır.
Hazırda Bitcoin-in bazar kapitallaşması 1.93 trilyon dollardır. Son 24 saat ərzində ticarət həcmi 31.78 milyard dollar təşkil edib, dövriyyədə olan BTC sayı isə 19.82 milyon olaraq qeydə alınıb. İl ərzində isə Bitcoin-in ümumi artımı 4.47% səviyyəsindədir.
Önümüzdəki dövrlərdə Bitcoin-in yenidən 100 min dollar həddini keçib-keçməyəcəyi maraqla gözlənilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür