Kriptovalyuta bazarında yenidən canlanma müşahidə olunur.
Texno-nəhənglərin səhmləri "sürüşdü" - SƏHMLƏR, QİYMƏTLƏR
FED.az xəbər verir ki, son məlumatlara görə, Bitcoin-in qiyməti 111 219,92 dollara yüksəlib. Bu, kriptovalyutanın son günlərdəki ən yüksək səviyyələrindən biri hesab olunur. Uzunmüddətli dövrdə artım daha yüksəkdir. Belə ki, ilin əvvəlindən bəri Bitcoin 19,1% bahalaşıb.
Məlumatlara əsasən, Bitcoin-in 24 saatlıq göstəricisi 2,26%, son 7 günlük göstəricisi isə 2,17% artım nümayiş etdirib. Ümumi bazardəyəri 2,22 trilyon dolları ötüb, bu da BTC-nin kriptovalyuta bazarındakı dominant mövqeyini bir daha təsdiqləyir.
Son sutka ərzində 53 milyard dollar həcmində Bitcoin alqı və satqısı həyata keçirilib. Hazırda dövriyyədə təxminən 19,93 milyon BTC var.
Analitiklər bildirirlər ki, Bitcoin-in 110 min dollarlıq həddi aşması texniki baxımdan yeni yüksəliş mərhələsinin başlanğıcı ola bilər. Bəzi ekspertlər yaxın həftələrdə qiymətin 115-120 min dollar intervalına qədər yüksələ biləcəyini istisna etmirlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.













