Kriptovalyuta bazarının aparıcı oyunçusu olan Bitcoin (BTC) hazırda 118,868.06 dollar qiyməti ilə ticarət olunur.
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
FED.az xəbər verir ki, son 24 saatda qiymətində 2,74% azalmanın müşahidə olunmasına baxmayaraq, həftəlik göstərici 3,89% artımla müsbət zonada qalır.
Bitcoin-in bazar kapitallaşması təxminən 2,366 trilyon dollar təşkil edir ki, bu da onu hələ də ən böyük kriptovalyuta edir. 24 saat içində nə az, nə çox 77,08 milyard dollar dəyərində alqı-satqı olub.
Dövriyyədə təxminən 19,9 milyon BTC mövcuddur və ümumi təklifin maksimum həddinə (21 milyon BTC) çox az qalıb.
Son olaraq qeyd edək ki, bu ilin əvvəlindən bəri Bitcoin 27,27% artım göstərib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.