Bitcoin və Ethereum ABŞ-dan gələn xəbərlərlə kəskin artım göstərdi.
Dünyanın kriptovalyuta birjalarında kəskin qiymət artımı başlayıb.
FED.az xəbər verir ki, Bitkoin bazar ertəsi günü 70 206 dollara yüksələrək əvvəlki bağlanış gününə nisbətən 3 931 dollar artım göstərib.
Dünyanın ən böyük və ən məşhur kriptovalyutası yanvarın 23-də illik minimum olan 38 505 dollardan bəri 82,3 faiz bahalaşıb.
Ümumilikdə son 7 gün ərzində Bitkoinin qiyməti 14%-ə yaxın, son 24 saatda isə 6%-ə yaxın artıb və hazırda (9-00, 21.05.2024) bitkoinin qiyməti 71 min dollar ətrafındadır.
Ethereum isə bazar ertəsi günü 13,3 faiz artaraq 3500 dollara çatıb.
Qiymət artımı nə ilə bağlıdır?
Bu həftə ABŞ-da Ethereum ETF ( Exchange traded fund) tətbiqləri ilə bağlı qərarın veriləcəyi gözlənilir. Gözləntilərə əsasən, ərizələrin rədd ediləcəyi, qərarın mayın 23-də açıqlanması gözlənilirdi. Bloomberg-in ETF analitikləri Twitter-də daha əvvəl 25% olaraq elan etdikləri təsdiq ehtimalını 75 %-ə qədər yenilədiklərini açıqladılar.
İki yaxşı izləyən Bloomberg ETF analitikinin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının spot ETH ETF-lərini təsdiqləmə ehtimalını artırmasından bir neçə dəqiqə sonra Ethereum-da 13 faizdən çox artım gətirdi. Bitcoin də 70 min dolları keçib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.