Bitcoin son günlər 114 min dollar ətrafında sabitləşmişdi. Lakin bu gün qiymətdə nəzərəçarpacaq artım müşahidə olunub və kriptovalyuta 116 min dollar həddini keçib.
Qızılın qiyməti apreldən bəri ilk dəfə bir troya unsiyası üçün 3,5 min dolları ötüb
FED.az xəbər verir ki, Bitcoin bu gün 116 664,63 dollar səviyyəsində ticarət olunur. Qiymətdə son 24 saat ərzində 2,06%, son yeddi gündə isə 0,72% artım müşahidə olunub. Son saatlıq göstəriciyə baxdıqda isə 0,07% qiymət ucuzlaşıb.
Bitcoin-in bazar dəyəri təxminən 2,32 trilyon dollar təşkil edir. Gündəlik ticarət həcmi 66,5 milyard dollara yaxınlaşıb, yəni bu həcmdə alqı-satqı baş tutub. Dövriyyədə olan Bitcoin sayı isə 19,9 milyon, yəni maksimum 21 milyonluq təklif limitinə yaxınlaşdığını göstərən əhəmiyyətli göstəricidir.
İlin əvvəlindən bu günə qədər Bitcoin 23,56% artaraq uzunmüddətli investorlar üçün əhəmiyyətli bir gəlir mənbəyinə çevrilib.
Analitiklərə görə hazırki qiymət nöqtəsi tamamilə psixoloji hədd sayılır. Qiymət ucuzlaşmasa bu zaman 120 min dollara yaxınlaşa bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.