Cənubi Koreyanın "Youbit" adlı Bitcoin birjasına haker hücumu edilib.
Coindesk-in məlumatına görə, hücum, cəmi aktivlərin təxminən 17 faizinin itirilməsi (oğurlanması) ilə nəticələnib. Bu səbəbdən birja müflis olduğunu elan edib.
Birjanın üzvlərinə dəyən ziyanın minimuma endirilməsi məqsədilə balansını təxminən 75 faizinin çıxarılması təşkil ediləcəkdir.
Cənubi Koreya rəsmiləri hesab edirlər ki, hücum qonşu Şimali Koreyanın dəstəyi ilə həyata keçirilir. Aprel ayında da bənzər hücum olmuşdu.
Həmçinin hücumların arxasında bazar lideri "Bithumb" birjasının dayandığı da danışılır.
Ümumilikdə hazırda birjalarda alınıb-satılan 100 kriptovalyutadan 82-nin qiyməti aşağı enib, cəmi 18 kriptovalyutanın qiymətində artım olub.