Dünyanın əsas kriptovalyutası sayılan bitcoinin dəyəri yüksəlməkdə davam edir.
FED.az xəbər verir ki, bitcoinin bu saata olan qiyməti 6851 dollar təşkil edir.
Xatırladaq ki, bitcoinin dünən bu saatlara olan qiyməti 6630 dollar idi.
Yəni bitcoin bir gün ərzində 221 dollar və ya 4% bahalaşıb.
Amma bu, bitkoinin bir həftə əvvəlki qiymətindən aşağıdır. Bir həftə əvvəl bitkoin 7353 dollara satılırdı.
Bir həftə əvvələ olan nəticələrə görə Bitcoin Cash-in qiymətində də yüksəlmə müşahidə olunur. Belə ki, yeddi gün əvvəl 638 dollar olan Bitcoin Cash-in bu saata olan qiyməti, 649 dollar bahalaşaraq, 1287 dollar təşkil edir.
Bitcoin bir qədər də bahalaşdı - QİYMƏT

09:48
15 Noy 2017