Kriptovalyuta bazarının flaqmanı sayılan bitcoin son günlər dəyər itirməkdə davam edir. Dünən 106 min dolları keçən Bitcoin, cəmi bir gün ərzində 3 min dollar dəyər itirərək 103 min səviyyəsinə gerilədi.
Milli Depozit Mərkəzinin İnkişaf Strategiyasının 2024-cü il üzrə icra statusu açıqlanıb
FED.az xəbər verir ki, hazırda 1 BTC 103,613.48 ABŞ dollarına ticarət olunur. Bu, son 24 saat ərzində 2.31%, son 7 gün ərzində isə 4.26% azalma deməkdir. Son bir saatda da az da olsa 0.22% dəyər itirib.
Maraqlıdır ki, bir neçə gün əvvəl qiymət 110 min ABŞ dollarının üzərində idi.
Bununla belə, ümumi baxışda il ərzində artım hələ də müsbətdir – 2025-ci ilin əvvəlindən bu günə qədər bitkoin 10.94% bahalaşıb. Hazırda bazarda dövriyyədə olan bitkoin sayı 19.87 milyon BTC-dir. Bitkoinin bazar dəyəri isə 2 trilyon dolları aşır.
İnvestorlar arasında bu enişin səbəbi kimi həm texniki düzəlişlər, həm də ABŞ-da gözlənilən faiz qərarları göstərilir. Kriptovalyuta bazarındakı dalğalanmalar bu sahəyə marağı azaltsa da, bir çoxları bu enişi yeni alış fürsəti kimi qiymətləndirir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.