Bitcoin çərşənbə axşamı yeddi ay ərzində ilk dəfə 90 000 dolların altına düşüb — bu isə investorların maliyyə bazarlarında risk iştahasının azaldığını göstərən növbəti siqnaldır.
FED.az xəbər verir ki, riskə həssas olan bu kriptovalyuta 2025-ci ilin bütün qiymət artımını itirmiş olub və hazırda oktyabrda 126 000 dolları aşan zirvədən təxminən 30% aşağıdadır. Asiya ticarət sessiyasının günorta saatlarında 2% azalaraq 89 953 dollardan satılıb; ötən həftə 98 000 dollar ətrafındakı texniki dəstəyi də yarıb keçmişdi.
Bazarda iştirakçılar bildiriblər ki, ABŞ-da gələcək faiz endirimlərinə dair şübhələr və uzun rallidən sonra ümumi bazarlarda yaranan zəif əhval-ruhiyyə kriptonu aşağı çəkir.
“Həddindən artıq sürətlə artan satışlar, rallidə mövqelərini artırmış listinqdə olan şirkətlərin və institusional oyunçuların çıxışı ilə güclənir və bu, bazarda yoluxma risklərini artırır,” — Honqkonq “Web3” assosiasiyasının həmsədri Coşua Çu Reuters-ə deyib.
“Dəstək səviyyələri zəifləyəndə və makro qeyri-müəyyənlik yüksələndə, inam inanılmaz sürətlə eroziyaya uğraya bilər.”
“Strategy”, mayninq şirkətləri “Riot Platforms” və “Mara Holdings”, həmçinin “Coinbase” birjası kimi BTC toplayan şirkətlərin səhm qiymətləri də bazardakı mənfi əhval-ruhiyyə ilə birgə düşür.
Asiya bazarları çərşənbə axşamı ümumilikdə mənfi zonada idi; xüsusilə Yaponiyanın və Cənubi Koreyanın texnologiya səhmlərinə təzyiq artıb.
Kryptovalyuta “ethereum” da aylardır təzyiq altındadır və avqustda 4 955 dolları aşan zirvədən bəri dəyərinin təxminən 40%-ni itirib; çərşənbə axşamı 1% azalaraq 2 997 dollardan ticarət olunub.
“Ümumilikdə kriptoda sentiment çox aşağıdır və oktyabrda leviriclərin likvidasiyasından (mövqelərin geri çəkilməsi) bəri belədir,” — “Astronaut Capital”in investisiya direktoru Metyu Dibb bildirib.
“Ola bilsin növbəti dəstək səviyyəsi 75 min dollardır və bazarlarda volatillik yüksək qalarsa, bu səviyyə test oluna bilər.”
“Bloomberg” yazır ki, satış dalğası demək olar ki, 1 trln dollar həcmində mövqeləri ləğv edib, pərakəndə investor aktivliyi isə nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Agentliyin yazdığına görə, opsion bazarında isə treyderlər 85–80 min dollar hədəf (strike) kimi götürüblər ki, mənfəət götürsünlər və bu “strike”lərə tələb artır. (Banker)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.













