Dünya kriptovalyuta bazarında kütləvi bahalaşma davam edir.
FED.az xəbər verir ki, aprelin 24-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 92-si bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 352 dollar və ya 3,9% bahalaşaraq 9206 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 1188 dollar və ya 14,8% bahalaşıb.
Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 47 dollar və ya 7,4% bahalaşaraq 677 dollar olub.
Son həftə ərzində isə Ethereum 171 dollar və ya 33,7% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Mixin-da(73,70%), ən çox ucuzlaşma isə Dentacoin-də(13,24%) müşahidə olunub.
Bitcoin 9 mini ötdü – QİYMƏTLƏR
09:09
24 Aprel 2018