Dünya kriptovalyuta bazarında kütləvi bahalaşma davam edir.
FED.az xəbər verir ki, aprelin 21-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 87-si bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 592 dollar və ya 7% bahalaşaraq 8940 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 811 dollar və ya 9,9% bahalaşıb.
Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 46 dollar və ya 8% bahalaşaraq 621 dollar olub.
Son həftə ərzində isə Etherium 110 dollar və ya 21,5% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Storm-da(36,73%), ən çox ucuzlaşma isə WAX-də(10,28%) müşahidə olunub.
Bitcoin 9 min dollara yaxınlaşdı – QİYMƏTLƏR
12:38
21 Aprel 2018