Dünyanın əsas kriptovalyutası sayılan bitcoinin dəyəri yüksəlməkdə davam edir.
FED.az xəbər verir ki, bitcoin gün ərzində 282 dollar və ya 3,6% bahalaşıb. Yəni bitcoinin saat 9:15-ə olan qiyməti 8128 dollardır. Hərracların gedişində isə bitcoinin qiyməti 8300 dollarlıq həddi keçib və qısa müddət ərzində 8348 dollara satılıb. Son bir həftə ərzində isə bitcoin 1301 dollar və ya 19% bahalaşıb.
Bitcoin 8300 dolları keçdi – QİYMƏT

09:16
22 Noy 2017