Dünya kriptovalyuta bazarında kütləvi bahalaşma davam edir.
FED.az xəbər verir ki, aprelin 23-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 89-u bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 26 dollar və ya 0,2% ucuzlaşaraq 8843 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 748 dollar və ya 9,2% bahalaşıb.
Ethereumun qiymətində isə bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 25 dollar və ya 4,1% bahalaşaraq 631 dollar olub.
Son həftə ərzində isə Etherium 118 dollar və ya 23% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Dentacoin-da(33,06%), ən çox ucuzlaşma isə Game.com-də(33,52%) müşahidə olunub.
Bitcoin 700 dollar bahalaşıb – QİYMƏTLƏR
09:31
23 Aprel 2018