«Guggenheim Partners»in CIO-su Skott Minerd dünyanın ən böyük kriptovalyutası olan bitkoinin qısa müddətdə 50% azalacağını, amma uzun müddətli övrdə qiymətlərin yüksələcəyini və gələcəkdə bitkoinin 400-600 min dollara çatacağını bildirib.
CNBC-yə danışan Minerd, "Qısa müddətdə böyük bir hərəkət gördük, bir köpük vardı, düşünürəm ki, bitkoində böyük bir düzəliş (korreksiya – yəni enmə) olacaq.
Qeyd edək ki, bitcoin, keçən həftə qiymət rekordu vuraraq 65 min dollara yüksəldikdən sonra 55 min dollara enib.
Bitcoin-in 20-30 min dollaradək enəcəyinə diqqət çəkən Minerd, "Bu 50% azalma deməkdir. Bitcoin-də belə düşmələri əvvəllər də görmüşük»-deyib.
Bununla yanaşı, Minerd, qiymətlərimin uzunmüddətli dövrdə 400 min - 600 min dollar aralığında artacağını da proqnozlaşdırdı.