"Forexpf.ru" saytı xəbər verir ki, bu proqnozla "Fundstrat Golab Advisors" konsaltinq şirkətinin təsisçilərindən biri və rəhbəri Tom Li (Tom Lee) çıxış edib.
Qeyd edək ki, T.Li 2017-ci ilin avqust ayında bitkoinin 10 000 dollar həddini ötəcəyini və gəlirliliyinə görə fond birjalarını üstələyəcəyini demişdi. Bitkoinin qiyməti 20 000 dollar - tarixi rekord həddə yüksələndən sonra 30%-ə yaxın geriləyərək 14 000 dollara kimi geriləməsinə baxmayaraq, ekspert rəqəmsal valyutanın gələcəyinə ümidlə baxdığını açıqlayıb.
CNBC telekanalına müsahibəsində T.Li bildirib: "Bitkoin asanlıqla S&P-ni üstələyəcək. Uzunmüddətli perspektivdə kriptovalyutanı yığım və kapitalın saxlanma aləti kimi görmək lazımdır. Yeni nəsil üçün o, qızılı əvəz edəcək".
"Əgər bitkoin qızılın bazar payının 5%-ni əldə edə bilsə, onun qiyməti 50 000 dollar olacaq. Bu da cari qiymət səviyyəsindən 3 dəfədən də çox artıqdır. İlin ilk yarısında bitkoin 20 000 dollara çatsa, sonra daha sürətlə bahalaşacaq", - analitik deyib.
report.az