Ticarət zamanı “Bitcoin”in məzənnəsi son iki ilin maksimumuna çataraq 65 min dollar həddini keçib.
Telegram-da reklam gəlirlərinin yarısı kanal sahibləri ilə paylaşılacaq
FED.az xəbər verir ki, kriptovalyutanın əvvəlki maksimumu 2021-ci ilin noyabrında qeydə alınıb – 68.9 min dollar.
Son 24 saat ərzində “Bitcoin” məzənnəsi 5.26% artıb. Bakı vaxtı ilə saat 12:30-da məzənnə 65 min dolları keçsə də, Bakı vaxtı ilə saat 12:36-da 64.9 min dollara düşüb. Saat 12:40-a qədər bitkoin 65.2 min dollara çatıb.
Kriptovalyutanın məzənnəsi ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası tərəfindən yanvar ayında qəbul edilmiş tənzimləyici relaksasiya fonunda artır: o, bitkoin üçün ölkənin ilk birja fondlarını (ETF) təsdiqləyib. İlin əvvəlindən “Bitcoin” ən azı 40% dəyər qazanıb. (Banker.az)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.