Dünyanın əsas kriptovalyutası sayılan bitcoinin qiymətində bahalaşma müşahidə olunur.
FED.az xəbər verir ki, bitcoin son 24 saat ərzində 213 dollar və ya 1,2% bahalaşıb.
Yəni bitcoinin dekabrın 15-ü saat 9:45-ə olan qiyməti 17 min 700 dollardır.
Son bir həftə ərzində isə bitcoin 2027 dollar və ya 12,9% bahalaşıb.
Ethereum-un qiyməti də bahalaşır. Belə ki, bu kriptovalyuta son bir sutka ərzində 44 dollar və 6,6% bahalaşaraq 704 dollara yüksəlib. Qeyd edək ki, Ethereum son bir həftə ərzində isə 226 dollar və ya 47,8% bahalaşıb.
Bitcoin 2000 dollardan çox bahalaşıb – QİYMƏT

09:57
16 Dek 2017