Dünyanın əsas kriptovalyutası sayılan bitcoinin qiyməti sürətlə bahalaşır.
FED.az xəbər verir ki, bitcoin son 24 saat ərzində 1155 dollar və ya 6,9% bahalaşıb. Yəni bitcoinin dekabrın 15-i saat 18:20-yə olan qiyməti 17 min 858 dollardır.
Qeyd edək ki, bitcoin qısa zaman aralığında 18 min dollarlıq həddi keçib. Belə ki, həmin saatlarda bitcoin 18 min 154 dollara satılıb.
Bitcoin 18 min dolları keçdi - QİYMƏT

18:23
15 Dek 2017