Dünyanın ən böyük kriptovalyutası olan Bitcoin (BTC) hazırda 117 545,39 dollar qiyməti ilə ticarət olunur.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (11-15 Avqust, 2025)
FED.az xəbər verir ki, son 1 saatda qiymətdə 0,03%, son 24 saatda 1,27%, son 7 gündə isə 0,71% artım qeydə alınıb.
Bitcoin-in bazar kapitallaşması 2,3 trilyon dollara çatıb. 24 saat ərzində 65,5 milyard dollar dəyərində alqı-satqı baş tutub, bu da əvvəlki günlərlə müqayisədə azalma deməkdir. Hal-hazırda dövriyyədə 19,9 milyon BTC var və bu, ümumi maksimum 21 milyonluq təklifin böyük hissəsini təşkil edir.
2025-ci ilin əvvəlindən bəri Bitcoin 25,86% yüksəlib. Analitiklərin fikrincə, qiymətdə son günlər müşahidə edilən geriləmə qısamüddətli korrektə xarakteri daşıyır. Bununla belə, uzunmüddətli perspektivdə məhdud təklif və artan institusional maraq kriptovalyutanı yüksək dəyərdə saxlamağa davam edə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.