Kriptovalyuta bazarının lideri olan Bitcoin (BTC) hazırda 119 325,53 dollar qiyməti ilə ticarət olunur.
Mərkəzi Bankdan müsbət rəy: Unicapital-ın innovativ məhsulu sınaqdan uğurla keçdi
FED.az xəbər verir ki, kriptovalyutanın qiyməti son 1 saatda 0,35%, son 24 saatda 0,44%, son 7 gündə isə 4,94% artım göstərib. Bu dinamika, bazarda müsbət əhval-ruhiyyənin davam etdiyini göstərir. 2025-ci ilin əvvəlindən bəri isə Bitcoin 27,76% bahalaşıb.
Bitcoin-in bazar kapitallaşması 2,375 trilyon dolları ötüb. Son 24 saat ərzində isə 74,86 milyard dollar həcmində Bitcoin alınıb və satılıb. Hal-hazırda dövriyyədə 19,9 milyon Bitcoin var ki, bu da ümumi maksimum 21 milyon təklifin böyük hissəsini təşkil edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.