FED.az xəbər verir ki, bitcoin son 24 saat ərzində 84 dollar və ya 0,6% bahalaşıb. Yəni bitcoinin dekabrın 25-i saat 9:15-ə olan qiyməti 14 min 19 dollardır. Son bir həftə ərzində isə bitcoin 4973 dollar və ya 26% ucuzlaşıb.
Qeyd edək ki, bitcoin son 24 saat ərzində bitcoin 12 min dollara qədər enib. Belə ki, həmin saatlarda bitcoin 12 min 747 dollara satılıb. Ethereum-un qiyməti də sabitləşib. Belə ki, bu kriptovalyuta son bir sutka ərzində 66 dollar və 9,6% bahalaşaraq 747 dollara yüksəlib. Qeyd edək ki, Ethereum son bir həftə ərzində isə 32 dollar və ya 4,4% bahalaşıb.
