Dünyanın ən populyar kriptovalyutası olan Bitcoin (BTC) ötən günlərdə 120 min dollar həddini aşaraq son zamanların ən yüksək səviyyəsinə çatdı. Lakin bu yüksəliş uzun çəkmədi.
Yüksək və etibarlı gəlir istəyənlər üçün – FINCA istiqrazlarının yeni buraxılışı başlayır
FED.az xəbər verir ki, bu gün kriptovalyuta ticarətə 117.915 dollar səviyyəsindən başlayıb və dünənlə müqayisədə 0,7% dəyər itirib. Həftəlik müqayisədə isə 0,8% azalma qeydə alınıb.
Bu azalmaya baxmayaraq, Bitcoin 2025-ci ildə ümumi olaraq 26,3% bahalaşıb. Bu isə investorların ilin əvvəlindən etibarən BTC-yə olan inamını və yüksək gəlir gözləntilərini əks etdirir.
Bitcoin-in bazar dəyəri bu gün 2 trilyon 346 milyard dolları ötüb. Gündəlik ticarət həcmi isə 66 milyard dollar səviyyəsindədir. Hazırda dövriyyədə 19,89 milyon BTC var.
Ekspertlərin fikrincə, növbəti günlərdə 120 min dollar səviyyəsinin yenidən test edilməsi mümkündür. Lakin qısa müddətli düzəlişlərin baş verməsi və dalğalanmaların davam etməsi ehtimalı da nəzərdən qaçırılmamalıdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.