Bitcoin bu gün 114 365,88 dollar səviyyəsində ticarət olunur.
İnvestisiya şirkətlərinini rəhbərləri - MƏRKƏZİ BANKDA GÖRÜŞ - FOTOLAR
FED.az xəbər verir ki, son 24 saat ərzində qiymətdə cüzi, 0,02% azalma qeydə alınıb, həftəlik göstərici isə 3,5%-ə yaxın geriləmə ilə mənfi zonada qalır. Hazırda BTC-nin ümumi bazar dəyəri 2,27 trilyon dollar təşkil edir. Son sutkada 56 milyard dollardan çox həcmdə Bitcoin alqı-satqısı aparılıb ki, bu da bazarın hələ də aktiv olduğunu göstərir.
Dövriyyədə 19,9 milyon BTC mövcuddur və bu rəqəm maksimal təklif olan 21 milyona çox yaxınlaşıb. İllik müqayisədə Bitcoin qiyməti 22,45% artıb ki, bu da uzunmüddətli investorların mövqelərini qorumaqda davam etdiyini göstərir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.