Kriptovalyuta bazarının aktiv oyunçusu Bitcoin son göstəricilərə əsasən 114 355,31 dollar səviyyəsində ticarət olunur.
Ən çox birja əməliyyatı aparan 5 şirkət - SİYAHI
FED.az xəbər verir ki, son 24 saat ərzində qiymətdə 0,41% artım qeydə alınsa da, son 7 gün ərzində 3,4% azalma müşahidə olunub.
Hazırda bazar dəyəri 2,27 trilyon dollar səviyyəsindədir. Son 24 saat ərzində 55,9 milyard dollar dəyərində alqı-satqı baş tutub. Dövriyyədə olan BTC miqdarı isə 19,9 milyondur.
Bütün bu dəyişikliklərə baxmayaraq, ilin əvvəlindən bu günə qədər Bitcoin 22,4% artım nümayiş etdirərək hələ də bazarda güclü mövqe saxlayır.
Analitiklərin fikirinə görə kriptovalyuta bazarındakı bu tip dalğalanmalar mütəmadi xarakter daşıyır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.