Bitcoin qiyməti son günlərdə eniş tendensiyası ilə yadda qalır.
Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb
FED.az xəbər verir ki, hazırda kriptovalyutanın dəyəri 113 664 dollar səviyyəsində qərarlaşıb ki, bu da əvvəlki günlərlə müqayisədə azalma deməkdir. Son 1 saatda 0,42%, son 24 saatda isə cəmi 0,08% artım olsa da, ümumi fon qiymətin əvvəlki səviyyələrdən geri çəkildiyini göstərir. Həftəlik müqayisədə isə qiymət 7,65% ucuzlaşıb.
Bitcoin-in ümumi bazar dəyəri hazırda 2,26 trilyon dollar təşkil edir. Son 24 saatda 70,2 milyard dollar dəyərində Bitcoin alqı-satqısı reallaşıb. Dövriyyədəki ümumi təklif isə 19,9 milyon BTC olaraq qalır.
İlin əvvəlindən bəri 21,7% artım müşahidə edilsə də, son günlərdəki azalma investorların diqqətini qiymətin orta və uzunmüddətli trayektoriyasına yönəldib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.