Kriptovalyuta bazarında son günlər müşahidə olunan sabit artım tendensiyası Bitcoin-i yenidən diqqət mərkəzinə gətirib.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (20-24 oktyabr, 2025)
FED.az xəbər verir ki, hazırda dünyanın ən böyük kriptovalyutası Bitcoin 111 420,58 dollar səviyyəsində ticarət olunur. Bu, əvvəlki günlə müqayisədə demək olar ki, dəyişməz qalsa da, ümumi fon müsbətdir və qiymət artımı tendensiyasını qoruyur.
Son 24 saatda qiymətdə 0,01% artım qeydə alınıb. Yeddi günlük dinamika daha çox bahalaşmanı göstərir, bu müddətdə kriptovalyutanın dəyəri 4,33% yüksəlib. İlin əvvəlindən bəri isə kriptovalyuta qiymətindəki artım 19,3% olub.
Qeyd edək ki, hazırda Bitcoin-in ümumi bazar dəyəri 2,22 trilyon dollar təşkil edir. Son sutka ərzində 45,7 milyard dollar dəyərində Bitcoin alınıb və satılıb. Dövriyyədə olan Bitcoin sayı isə 19,93 milyon ədəddir.
Analitiklər bildirirlər ki, yaxın dövrlərdə qiymətin 115-120 min dollar diapazonuna doğru hərəkət etməsi mümkündür, lakin bu proses qısamüddətli dalğalanmalarla müşayiət oluna bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.













