Son günlər Bitcoin qiymətində dalğalanma müşahidə olunur.
Əmtəə bazarlarında qızıl ucuzlaşıb - SON QİYMƏT
FED.az xəbər verir ki, hazırda kriptovalyuta 112 858 dollar səviyyəsindədir. Göstəricilərə nəzər salsaq, son 1 saatda 0,04%, son 24 saatda 0,81%, son 1 həftədə isə 5,15% ucuzlaşma qeydə alınıb.
Bununla belə, Bitcoin-in ümumi gücü hələ də yüksəkdir. Kriptovalyutanın bazar dəyəri 2,24 trilyon dollar təşkil edir, son 24 saatda isə 57,3 milyard dollar dəyərində Bitcoin alqı-satqısı baş tutub. Hal-hazırda dövriyyədə 19,9 milyon BTC var ki, bu da bazarda kifayət qədər aktiv hərəkətin davam etdiyini göstərir.
Qısamüddətli enişlər fonunda diqqətçəkən ən mühüm göstərici illik nəticədir. Bitcoin ilin əvvəlindən bu günə qədər 21,6% artım göstərib. Yəni gündəlik və həftəlik enişlər olsa da, uzunmüddətli baxışda qiymət əvvəlki ilə nisbətən daha yüksək qalır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.