Dünyanın ən məşhur kriptovalyutası olan Bitcoin hələ də 100 min dollar həddinə çatmayıb.
BYD-in səhmləri rekord səviyyəyə çatdı - DETALLAR
FED.az xəbər verir ki, Bitcoin-in hazırkı qiyməti 95,545.47 dollar təşkil edir. Saatlıq göstəricilərdə 0.13% artım qeydə alınsa da, kriptovalyuta son 24 saat ərzində 2.79%, son 7 gündə isə 2.56% dəyər itirib.
Bitcoin-in ümumi bazar dəyəri hazırda 1.89 trilyon dollar civarındadır. Ticarət həcmi isə son 24 saatda 37.33 milyard dollar olub ki, bu da təxminən 390.92 min BTC-yə bərabərdir. Hazırda dövriyyədə olan Bitcoin miqdarı isə 19.82 milyon BTC-dir.
Bu il ərzində Bitcoin qiymətində ümumi 2.30% artım müşahidə edilib. Ancaq 100 min dollar psixoloji həddini keçməsi üçün daha güclü bazar dəstəyi tələb olunur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür