Bitcoin qiymətində son günlər dalğalanmalar müşahidə olunur. Yanvarın sonlarında 105 min dollar həddini aşan Bitcoin, iki gün əvvəl yenidən 100 min dollara yaxınlaşmışdı. Lakin daha sonra qiymət 97 min dolları keçsə də, hazırda 95 min dollar ətrafında hərəkət edir.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (10 - 14 fevral, 2025)
FED.az xəbər verir ki, Bitcoin-in indiki qiyməti 97,141.64 dollar təşkil edir və son bir saatda 0.16% artım qeydə alınıb. Bununla yanaşı, son 24 saatda 0.59% azalma müşahidə edilib, lakin yeddi günlük göstəricilər 1.79% yüksəlişi əks etdirir. Kriptovalyutanın ümumi bazar dəyəri 1.92 trilyon dollar həddində qərarlaşsa da, son 24 saat ərzində 15.64 milyard dollarlıq ticarət həcmi qeydə alınıb. Hazırda dövriyyədə 19.82 milyon BTC mövcuddur və Bitcoin-in ilin əvvəlindən bəri artım faizi 2.88% təşkil edir.
Bu dalğalanmalar Bitcoin bazarında qeyri-sabitliyin davam etdiyini göstərir. Qiymətin yenidən 100 min dollar həddinə yaxınlaşıb-yaxınlaşmayacağı investorların diqqət mərkəzindədir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür