Dünyanın əsas kriptovalyutası sayılan bitcoinin qiyməti yüksəlməkdə davam edir.
FED.az xəbər verir ki, bitcoin gün ərzində 136 dollar və ya 1,4% bahalaşıb. Yəni bitcoinin noyabrın 28-i saat 9:20-ə olan qiyməti 9856 dollardır. Son bir həftə ərzində isə bitcoin 2094 dollar və ya 27% bahalaşıb.
Son günlər qiyməti yüksəlməkdə olan Ethereum-da da bahalaşma müşahidə olunur. Belə ki, bu kriptovalyuta son bir həftə ərzində 130 dollar və 36% bahalaşaraq 482 dollara yüksəlib.
Bitcoin 10 min dollara yaxınlaşır – QİYMƏT

09:24
28 Noy 2017